Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Bakı metrosunda həyata keçirilən layihələr tamamlandıqdan sonra qatarlararası interval 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyə enəcək, bu isə sərnişin sıxlığının və tıxacların azalmasına imkan yaradacaq.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, xətlərin ayrılması nəticəsində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və birində yaranan nasazlıq digər xətlərin işinə təsir göstərməyəcək.
Bəxtiyar Məmmədov bildirib ki, dövlət proqramı çərçivəsində inşa ediləcək 10 yeni metro stansiyası sərnişindaşıma imkanlarını genişləndirəcək, şəhər mərkəzinə yönələn nəqliyyat yükünü azaldacaq, mobilliyi artıracaq və tıxacların azalmasına töhfə verəcək.
O qeyd edib ki, layihə həmçinin "28 May" - "Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının qarşısını alacaq. Hazırda bəzi sərnişinlər istədikləri marşrut üçün bir qatarı ötürməyə məcbur qalırlar, lakin yenilikdən sonra ilk gələn qatarla rahat şəkildə mənzil başına çata biləcəklər.
Bəxtiyar Məmmədov əlavə edib ki, layihə metropolitenin sərnişindaşıma imkanlarını və hərəkətin təhlükəsizliyini artırmaqla yanaşı, avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, şəhərdə ictimai nəqliyyatın daha səmərəli fəaliyyətinə şərait yaradacaq.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












