Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “İçərişəhər” metro stansiyasından sonra dönmə qurğusunun tikintisi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, dövlət proqramına əsasən, layihələndirmə və tikinti işlərinin 2025–2027-ci illərdə həyata keçirilməsi, qurğunun isə sonradan istismara verilməsi planlaşdırılır. “Bakı Metropoliteni”nin məlumatına görə, layihə qatarlararası intervalın azaldılmasına, sərnişin axınının daha təhlükəsiz təşkilinə və pik saatlarda qatarların hərəkətinin çevik idarə olunmasına xidmət edəcək. Bəs layihə hazırda hansı mərhələdədir, tikinti işləri üzrə hansı addımlar atılıb və qurğunun nə vaxt istifadəyə verilməsi gözlənilir?
Mövzu ilə bağlı Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı metropoliteninin “İçərişəhər” stansiyasında keçid kamerasının və yeraltı dayanacağın tikintisi plana uyğun olaraq davam edir:
''Tikinti-quraşdırma işlərinin tamamlanması 2028-ci ilin sonuna planlaşdırılır. Yeniliklər olduqda ictimaiyyətə təfsilatlı məlumatlar təqdim ediləcək''.
Fatimə
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












