Metronun "Həzi Aslanov" stansiyası qarşısında XAOS – Sakinlərə maneə yaradan nədir? - VİDEO

Bakının Xətai rayonunda, metronun "Həzi Aslanov" stansiyasının çıxışında piyadaların hərəkəti xeyli çətinləşib. Səbəb isə bir müddət əvvəl aparılan qazıntı işlərindən sonra səkidə təmirdən qalan daşların və torpaq yığınının ərazidə yığılmasıdır.
Avtosfer.az ATV-yə istinadən xəbər verir ki, qazıntı zamanı səki daşları çıxarılaraq kənara yığılıb, lakin işlər yekunlaşdıqdan sonra ərazi bərpa edilməyib. Nəticədə hər gün həmin ərazidən istifadə edən sakinlər toz-torpaq içində hərəkət etmək məcburiyyətində qalırlar.
Sakinlər bildirirlər ki, yolda hərəkət zamanı tez-tez ayaqları ilişir və yıxılmaq təhlükəsi ilə üzləşirlər.
"Bir dəfə gəlib qazdılar, 10-12 gün olar ki, işləri yarımçıq qoyub getdilər. Yolu düzəltmək lazımdır. Bu, çox sıx istifadə olunan yerdir, camaat əziyyət çəkir", - deyə sakinlərdən biri bildirib.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev isə qeyd edib ki, qazıntı işləri aparan qurumlar bəzi hallarda prosesi yekunlaşdırsa da, ərazilərin bərpasını həftələrlə yubadırlar:
"İş prosesi bitdikdən sonra ərazidə torpaq örtüyü geri qaytarılmalı, daha sonra asfalt və təmizlik işləri aparılmalıdır. Təəssüf ki, bəzən bu işlər vaxtında icra olunmur".
Məsələ ilə bağlı araşdırma zamanı məlum olub ki, sözügedən ərazidə qazıntı işlərini İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX) həyata keçirir. Qurumdan bildirilib ki, metronun "Həzi Aslanov" stansiyasının çıxışında içməli su xəttinin yenilənməsi işləri görülür. Təmir işləri yaxın günlərdə yekunlaşacaq və səki də bərpa ediləcək.
Ətraflı süjetdə:
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO










