Metronun "Həzi Aslanov" stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşdı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində mühüm layihələrdən biri olan "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi tamamlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə QSC-dən bildirilib.
Məlumatda qeyd edilib ki, dalan yolları qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir. Əvvəlki mərhələlərdə bu yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.
280 metrə yaxın sahədə əsaslı təmir işləri üç hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir yekunlaşdırılıb.
Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi boyunca məhlulvurma yekunlaşdırılıb, xüsusi boya maddələrinin vurulmasına hazırlıq tədbirləri görülür. Tavan hissədə isə izolyasiya işləri aparılmaqla məhlulvurma əsasən yekunlaşıb. Plana uyğun olaraq, örtük tavasının daha da gücləndirilməsi məqsədilə karbon lifli müasir inşaat materialı ilə izolyasiya aparılacaq.
Orta yolların arakəsmə divarlarından təmirin ilk iki mərhələsinə düşən hissəsi yenidən inşa olunub. Sonuncu hissədə isə söküntü və inşaat işləri aparılır.
Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına aprel ayından başlanılacaq.
Burada dalan yolları və yoldəyişdirici qurğular müasir dəmir-beton özüllər üzərində yenidən qurulacaq, elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi və digər mühüm sistemlər tam müasirləşdiriləcək.
İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var












