Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə metronun "Memar Əcəmi" stansiyasının giriş hissəsində divar üçün nəzərdə tutulan mərmər örtüklərin döşəməyə vurulması barədə görüntülər paylaşılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, həmin örtüklərin səthinin sürüşkən olduğu üçün piyadalara təhlükə yaratdığı bildirilir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Memar Əcəmi" stansiyasının hazırda təmir-bərpa işi aparılan keçidində qranitin döşənməsi sərnişin təhlükəsizliyi tələbləri nəzərə alınmaqla aparılır:
"Döşəmə örtüyünün açıq hava ilə təmas olan hissələri ehtiyat tədbiri kimi xüsusi qaydada cilalanır. Bildiririk ki, stansiyanın həmin çıxışı sərnişinlərin gediş-gəlişi üçün bağlıdır.
Ümumiyyətlə, bütün təmir işləri sərnişin təhlükəsizliyi tələblərinə uyğun aparılır. Görülən tədbirlərdən savayı, norma və qaydaların tələbinə uyğun təmir-bərpa prosesinin son mərhələsində də digər texniki tədbirlər görüləcək".
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












