Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI

Bakı metropolitenində xətlərin ayrılması ilə bağlı metronun "28 May" stansiyası ətrafında yerləşən "Şaxta 1" və "Şaxta 2" sahələrində qazıntı işləri tam başa çatdırılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarəedilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, artıq mövcud tunellərə birləşdirici keçid tunelləri inşa olunub və hazırda yeni tunellərin tikintisinə başlamaq üçün hazırlıq mərhələsi davam edir:
"Bakı metrosunda xətlərin ayrılması ilə bağlı paralel şəkildə iki əsas layihə icra olunur. Bunlardan biri Dərnəgül deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması, digəri isə ayrılma layihəsi çərçivəsində yeni tunellərin inşasıdır.
"Yaşıl xətt"in müstəqil fəaliyyəti üçün depo vacib infrastruktur hesab olunur və ikinci fazanın yekunlaşması yeni tunellərin qazılmasına start verilməsinə imkan yaradacaq.
Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərəfindən avtomobil və piyada tunellərinin tikintisi davam etdirilir. Metro rəhbərliyi layihənin metro üçün zəruri hissəsinin tamamlanmasını gözlədiklərini, bundan sonra isə xəttin depo ilə birləşdiriləcəyi və xətlərin ayrılması üzrə əsas tikinti mərhələsinə başlanılacağını diqqətə çatdırıb".
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












