Metropolitendə rəhbər şəxslər işdən çıxır - Yanvardan artımlar verilmir

“Bakı Metropoliteni” QSC-nin şöbə rəisi işdən çıxıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Metropoliteninin İnsan hüquqları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Qədeşov daha öncə Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metronun hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra Rüfət Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi təyin olunub.
R.Qədeşovdan öncə bu il Metropolitendə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, avqust ayında metronun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar.
Əlavə olaraq deyək ki, Bakı Metropolitenində son dövrlər işçilərə əməkhaqqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Mətbuatda yayılan məlumatlara görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












