“Məzahir Pənahovun nə villalarını, nə də maşınlarını istəyirəm” - Gəlini

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.
Avtosfer.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında H.Pənahova bildirib:
“Qarşı tərəfin növbəti instansiya məhkəməsinə müraciət etmək üçün vaxtı var. Yəqin ki, əşyalarımı geri qaytaracaqlar. Bildiyim qədəri ilə qarşı tərəf məhkəmədə uduzduğu üçün vəkilini də dəyişib”.
Həyat yoldaşından təhdidlər aldığı üçün onu telefonda əngəllədiyini bildirən H.Pənahova əlavə edib:
“Ortada uşaq da yoxdur, mülk bölgüsü də. Nə onların imarətini istəyirəm, nə də maşınlarını. Mən öz şəxsi əşyalarımı, qızıllarımı, cehizimi istəyirəm. İlyarımdır boşana bilmirəm. Süni şəkildə prosesi uzadırlar. Görünür, Məzahir Pənahov məhkəmə sədrinə zəng edib prosesi süni şəkildə uzatdırmağa nail olub. İki ay keçib, hakim hələ də boşanma işinə baxmayıb.
Əşyalarım Bakıdadır, Məzahir Pənahovda, bizim yaşadığımız villadadır. Amerikada, birgə yaşadığımız Los-Ancelesdə ancaq iki çamadanım qalıb. Geyimləri də onlara hədiyyə edirəm, heç olmasa, qızıllarımı qaytarsınlar. Orada sadəcə, onların mənə toyda hədiyyə etdikləri qızıllar deyil ki. Mənim özümün, ailəmin bağışladığı zinət əşyaları da var. Bu ailə oğrudur. Onlara mənim qızıllarım lazımdır? Məzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var. Məzahir Pənahov oğlunu özü işə düzəltmirdi ki, alkolizmdən əziyyət çəkir. Ona görə də oğlunu Amerikaya göndərmişdi. Atam Məzahir müəllimə zəng etmişdi ki, gəlsin ağsaqqalların iştirakı ilə danışıqlar aparılsın. Dedi, gələcəm, amma gəlmədi. Söz göndərdilər ki, utanırlar. Nədən utanırlar?”
Qeyd edək ki, ötən ay Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb. Daha öncə mətbuatda H.Pənahovanın yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı. Məhəmməd Pənahov barədə Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












