MİA-da Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

25 avqust tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. O, həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual media sahəsində mövcud beynəlxalq əməkdaşlığı diqqətə çatdıraraq bu istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda audiovizual media mühiti yeni mahiyyət qazanır və xarici tərəfdaşlarla təcrübə paylaşımı məzmun keyfiyyətinin yüksəldilməsinə müstəsna töhfə verir.
Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və resurs mübadiləsinin təşviqinin, eyni zamanda dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində birgə təşəbbüslərin mühüm önəm daşıdığını, qarşılıqlı səfərlərin və mediaturların təşkilinin tərəfdaşlığı daha da möhkəmləndirəcəyini bildirib.





Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












