Moskva Bakıya hansı siqnalı ötürüb? - Politoloq ŞƏRH EDİR

Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərindən (Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan) ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti bir müddətdir faktiki olaraq dondurulub. Lakin Rusiya Prezidentinin Bişkek səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında nəqliyyat-kommunikasiya xətlərinin bərpası üzrə müzakirələrə hazır olduqlarını bəyan etməsi bu formatın yenidən işə düşməsi ehtimalını gündəmə gətirib. Moskvadan gələn bu siqnal regional kommunikasiyaların açılması prosesində üçtərəfli işçi qrupunun rolunu yenidən diqqət mərkəzinə çəkib. Azərbaycan tərəfi hər zaman regionda davamlı sülhün və nəqliyyat dəhlizlərinin işə düşməsinin tərəfdarı kimi çıxış edib. Hazırda əsas sual bu platformanın bərpası təqdirdə hansı konkret nəticələrin əldə olunacağı və prosesin qarşısındakı maneələrin necə aradan qaldırılacağıdır. Məsələnin praktiki tərəfləri və Bakının mövqeyi ekspertlər səviyyəsində geniş təhlil olunur.
Mövzu ilə bağlı açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan prinisplər qorunmaqla bu cür formatlarda fəaliyyətin davam etdirilməsinə qarşı deyil:
"Ümumilikdə Azərbaycan heç bir formata pis baxmır. Sülhün həlli istiqamətində atılan bütün addımlara ölkəmiz tərəfindən müsbət yanaşılır və lazımi diqqət göstərilir. Bu formatda işlərin yenidən bərpa olunması mümkündür. Əgər real nəticələr əldə olunacaqsa, nəyə görə də olmasın?”
Bu cür görüşlərin kiminsə maraqları çərçivəsində aparılması və imitasiya xarakteri daşımasının Azərbaycan tərəfindən qəbul edilməz olduğunu vurğulayan politoloqun sözlərinə görə, Azərbaycan ədalətli sülhün tərəfdarıdır və regionda baş verən yeni geostrateji reallıqlar, aparılan müzakirələr və əldə olunacaq sülh müqaviləsində nəzərə alınmalıdır.
Zeynal Əmrəliyev qeyd edib ki, əgər üçtərəfli baş nazir müavinləri platformasında uğurlu irəliləyiş gözlənilərsə, rəsmi Bakının mövqeyi əlbəttə ki, müsbət olacaq:
“Bu formatda əsasən nəqliyyat-kommunikasiya xətləri müzakirə oluna bilər. Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılır və Azərbaycan tərəfi burada ən qətiyyətli tərəfdir. Son zamanlar ABŞ və Ermənistan nümayəndələri arasında da bu məsələ ilə bağlı danışıqlar aparılır. Texniki məsələlər həll edildikdən sonra yolun açılması istiqamətində praktiki addımlar atılacaq. Növbəti mərhələlərdə nəqliyyat qovşaqlarının açılması artıq texniki məsələlərdir"./oxu24.com
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












