Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək

Yaxın gələcəkdə Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək.
Avtosfer.az-ın məlumatına əsasən, bu barədə Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəsi Adam Xakimov açıqlama verib.
A.Xakimov "Zvezda" telekanalının "Voennaya priemka" verilişinə müsahibəsində bildirib ki, qısa müddət ərzində Moskva - Bakı marşrutu üzrə kruiz laynerinin fəaliyyətə başlaması planlaşdırılır.
Ticarət nümayəndəsinin sözlərinə görə, su yolu ilə həyata keçiriləcək bu səfər ümumilikdə 14 gün davam edəcək: yeddi gün gediş və yeddi gün dönüşə sərf ediləcək. Xakimov əlavə edib ki, bu səyahətlər lüks sinfə aid gəmilərlə təşkil olunacaq.
Layihə birbaşa dövlət dəstəyi ilə həyata keçirilir və gəmilərin inşasına Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiya ayrılır.
"Hazırda tam istifadəyə yararlı bir gəmi mövcuddur və daha iki gəminin inşası başa çatmaq üzrədir. Bu layihə uğur qazanarsa, digər iki gəminin də Bakı istiqamətində hərəkət etməsinə ümid edirik", - deyə nümayəndə vurğulayıb.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












