Moskvanın bütün hava limanları uçuşları dayandırıb?

Moskvanın Şeremetyevo hava limanı təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən aeroportdan rəsmi məlumat verilib.
Açıqlamada müvəqqəti məhdudiyyətlərin "Xalça" planının elan edilməsi ilə əlaqədar olduğu bildirilib.
"Sərnişinlər təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə əlaqədar reyslərin xidmətində daha uzun gözləmələr mümkündür. Uçuş cədvəlinə düzəlişlər edilə biləcəyi barədə xəbərdarlıq edilib", - deyə açıqlamada bildirilib.
Bundan əvvəl təyyarələrin qəbuluna və göndərilməsinə məhdudiyyətlər Moskvanın digər hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə də tətbiq olunub.
Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") tədbirlərin uçuş təhlükəsizliyini təmin etmək üçün görüldüyünü açıqlayıb.
Qeyd olunur ki, "Xalça" planı bütün təyyarələr üçün qapalı səma rejimidir. Qəfil hava dəyişiklikləri və dron hücumları təhlükəsi də daxil olmaqla müxtəlif səbəblərdən tətbiq oluna bilər.
Son məlumatlara görə, Vnukovo və Şeremetyevo hava limanlarında təyyarələrin enişi və qalxışı üçün qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












