Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb

Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Avtosfer.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib.
Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər - Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb. Daha beş nəfər xəsarət alıb, onların arasında iki uşaq da var. Uşaqlar xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir. Həmçinin Leninski şəhər dairəsində bir nəfərin xəsarət aldığı məlum olub.
Moskvada Moskva Neft Emalı Zavodunun ərazisində bir obyektə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Ramenskoyedə PUA-nın düşməsi nəticəsində 21 mərtəbəli binanın dam örtüyü yanıb, 400 nəfər, o cümlədən 70 uşaq təxliyə edilib. 20 avtomobilə ziyan dəyib. Dairə rəhbəri Eduard Malışev həmçinin ticarət mərkəzinə PUA düşdüyünü bildirib.
Sofyinoda hücum nəticəsində anbar kompleksinin ərazisində yanğın baş verib. Yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.
İstrada yaşayış binasına və müəssisə binasına ziyan dəyib. (APA)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












