Müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir: "Pençe-Kilit antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












