Müdafiə Nazirliyi çağırışçılara MÜRACİƏT ETDİ

Hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılan bölmələrə cəlb olunurlar.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.
Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub.
Növbəti çağırış ayı ərzində müddətli həqiqi hərbi xidmətə çağırılan, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici ali təhsil müəssisələrində təhsil almış çağırışçıların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların özləri və ya ailə üzvləri tərəfindən sentyabrın 21-nə dək çağırışçının adı, soyadı və ata adını, çağırış rübü və ilini, eyni zamanda xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam tanınmasına (akademik və peşə) dair PDF formatında sənəd və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarışı [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd olunan kateqoriyaya aid çağırışçıların intellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış çağırışçılarla eyni layihə çərçivəsində həyata keçirilir.
Bu səbəbdən, qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsi əsasında müəyyən edildiyindən, onların ailə üzvləri tərəfindən əlavə müraciət edilməsinə ehtiyac yoxdur.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












