Müəllim və şagirdlərin trend videolarına MÜTDA-dan AÇIQLAMA

Son dövrlərdə sosial şəbəkələrdə müəllim və şagirdlərin birlikdə müxtəlif trendlərə qoşularaq videoçarxlar hazırlaması və həmin görüntüləri paylaşması halları geniş yayılıb.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) mövqeyini öyrəndik.
Avtosfer.az-ın məlumatına görə, agentlikdən Ajans.az-a bildirilib ki, təhsilverənlər öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışları zamanı çalışdıqları təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydalara əməl etməlidirlər.
Qeyd olunub ki, təhsil müəssisəsinin sosial media fəaliyyəti üçün kontentin hazırlanmasında təhsilverənlərin iştirakına dair vahid yanaşma müəssisənin daxili qaydaları və aidiyyəti qurum tərəfindən müəyyən edilə bilər.
Açıqlamada vurğulanıb ki, kontentin hazırlanması və yayılması zamanı əsas diqqət təhsilalanların hüquq və mənafelərinin qorunmasına yönəldilməlidir.
“Eyni zamanda, şəxsi məlumatların və təhsil prosesinin qorunması, habelə təhsilverənin və təhsil müəssisəsinin nüfuzuna xələl gətirə biləcək materialların yayılmasına yol verilməməsi təmin edilməlidir”, - deyə Agentlikdən bildirilib.
Beləliklə, müəllim və şagirdlərin sosial şəbəkələrdə birgə video hazırlaması məsələsində əsas meyar məzmunun məktəbin daxili qaydalarına uyğunluğu, şagirdlərin hüquq və mənafelərinin, şəxsi məlumatlarının və təhsil prosesinin qorunmasıdır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












