"Müntəzəm şəhərdaxili sərnişin daşıyan avtobuslara bu tələb şamil olunmur" - AÇIQLAMA

Son illərdə ictimai nəqliyyatda, xüsusilə şəhərlərarası və rayonlararası avtobuslarda təhlükəsizlik məsələləri tez-tez gündəmə gəlir. Avtobuslardakı oturacaqlarda təhlükəsizlik kəmərlərinin quraşdırılması və onların istifadəsinin vacibliyi barədə cəmiyyət arasında müxtəlif fikirlər mövcuddur. Bəs, avtobuslarda bütün oturacaqlara təhlükəsizlik kəmərlərinin quraşdırılması nə dərəcədə vacibdir və bu, real təhlükəsizlik səviyyəsini artırırmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
Ekspert qeyd edib ki, şəhərdaxili marşrutlarda təhlükəsizlik kəmərindən istifadə etmək praktiki olaraq mümkün deyil:
"Bizim qanunvericiliyə görə, şəhərlərarası və rayonlararası sərnişindaşımada sərnişinlər də təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Mikroavtobuslarda bu kəmərlər mövcuddur, lakin çox az adam onlardan istifadə edir.
Amma şəhərdaxili marşrutlarda təhlükəsizlik kəmərindən istifadə etmək praktiki olaraq mümkün deyil. Çünki bu avtobusların ayaqüstə sərnişin daşıma sayı oturacaqda oturan sərnişin sayından qat-qat çoxdur. Bu hal avtobusların texniki təyinatında da göstərilir.
Avtobuslara minəndə görürsünüz ki, üzərində elan yazılıb. Məsələn: "Ayaqüstə 20 nəfər, oturan 10 nəfər" və ya daha böyük avtobuslarda "27 nəfər oturan, 40 nəfər ayaqüstə" kimi məlumat qeyd olunur.
Hətta "BakuBus" avtobuslarında da ayaqüstə sərnişinlər daşınır. Belə olan halda, oturan sərnişinlərə "kəmərinizi taxın" demək nə dərəcədə doğrudur? Bu avtobusların konstruksiyasında belə bir sistem ümumiyyətlə nəzərdə tutulmayıb.
Müntəzəm şəhərdaxili sərnişin daşıyan avtobuslara bu tələb şamil olunmur".(sonxeber)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












