"Murovdağ"ın əsaslı təmirdən sonra ilk reysi Misirdən ABŞ-yə planlaşdırılır - FOTO

AZCON Holding şirkətlərindən olan ASCO-nun "Handysize" tipli "Murovdağ" gəmisi Türkiyənin "Özata" tərsanəsində əsaslı təmir edilib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir işləri Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan "RINA" Təsnifat Cəmiyyətinin nəzarəti altında yüksək peşəkarlıqla həyata keçirilib.
Proses ərzində əsas diqqət mexaniki və texniki sistemlərin etibarlılığına yönəldilib. Baş mühərriklərin əsaslı təmirini himayəçi mexanikin iştirakı ilə istehsalçının təsdiqlədiyi servis şirkəti yerinə yetirib. Üç ədəd köməkçi mühərrikin təmiri də gəmi heyəti və istehsalçı şirkətin mühəndisləri ilə birgə icra edilib.
Maşın şöbəsində boru xətlərinin qalınlığı lazer ölçmələri ilə yoxlanılıb, dəyişdirilməsi zəruri hesab olunan borular yeniləri ilə əvəzlənib. Həmçinin elektrik panelləri və avadanlıqlar tam testdən keçirilib.
Ətraf mühitin mühafizəsi təmir prosesinin prioritetlərindən biri olub. Balast Sularının İdarəetmə Sistemi (BWTS) üzrə nəzərdə tutulan 5 illik təmir planı yerinə yetirilib. Sistem ABŞ sularında balast əməliyyatlarının aparılması üçün modifikasiya edilib. Bununla da, "Murovdağ" gəmisi dünya üzrə bütün sularda balast əməliyyatlarını məhdudiyyətsiz həyata keçirmək imkanına malik olub.
Beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, yükqaldırma qurğuları müvafiq testlərdən keçirilib, istehsalçı tərəfindən bütün sistemlərin tam işlək vəziyyətdə olduğu rəsmi şəkildə təsdiqlənib. Naviqasiya cihazları və avadanlıqları yoxlanılıb, zəruri hesab olunan cihazlar üzrə istehsalçı tərəfindən müvafiq xidmət aktları təqdim edilib.
Gəminin göyərtəsində və anbar sahələrində boyama işləri aparılıb, sualtı hissə təmizlənərək xüsusi mühafizəedici boya ilə örtülüb. Bundan əlavə, emissiyalara nəzarət məqsədilə quraşdırılmış "EPL" sisteminin tam funksional vəziyyətdə olduğu təsdiqlənib.
Əsaslı təmir nəticəsində "Murovdağ" gəmisi yenilənərək daha təhlükəsiz və beynəlxalq tələblərə tam cavab verən vəziyyətdə istismara qaytarılıb. Təmirdən sonra "Murovdağ"ın ilk səfəri Misirdən ABŞ-yə planlaşdırılır.
Gəmi 38 000 ton yükgötürmə imkanına malikdir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr olan gəminin maksimum sürəti 15,7 uzeldir. Optimal suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir











