Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - FOTO

Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə müdir təyin olunub.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Qazıyev Kamal Məmməd oğlu 19 il Maliyyə Nazirliyində çalışıb, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi sektorunun müdiri olub.
O, son təyinata qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İcraçı direktorun müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, DSK-də aparılan struktur dəyişiklikləri çərçivəsində Əmək statistikası şöbəsi və Həyat keyfiyyətinin statistikası şöbəsi ləğv edilib, həmin funksional istiqamətlər üzrə statistikanın aparılması məqsədilə Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsi yaradılıb.
Fotoda: Kamal Qazıyev

Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












