Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib

Naxçıvan şəhərində yeni istifadəyə verilən avtobus parkında 222 nəfər işlə təmin olunub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva deyib.
Onun sözlərinə görə, inşasına ötən ilin dekabrında başlanılan avtobus parkı 2,72 hektar ərazini əhatə edir. Parkda inzibati bina, təmir və yuma mərkəzləri yaradılıb. Burada 112 avtobusun, o cümlədən elektrik avtobuslarının fəaliyyəti üçün zəruri şərait yaradılıb:
"Naxçıvan şəhərində sərnişinlərin istifadəsinə Azərbaycanda istehsal olunan 60 ədəd BYD markalı elektrik avtobusu təqdim edilib. 53 sərnişin tutumuna malik avtobusların fasiləsiz fəaliyyətini təmin etmək üçün 16 şarj stansiyası quraşdırılıb. Tam şarjla avtobuslar təxminən 200 kilometr məsafə qət edə biləcək. İlk mərhələdə 9 marşrut xətti üzrə avtobusların fəaliyyətə başlaması nəzərdə tutulur. Marşrut və dayanacaqların optimallaşdırılması istiqamətində də işlər görülüb".
"BakuBus" rəsmisi avtobus parkının istifadəyə verilməsi ilə orada 222 nəfərin işlə təmin olunduğunu qeyd edib.
Ə.Əliyeva bildirib ki, Naxçıvan şəhərində bütün avtobuslarda ödənişlər tamamilə nağdsız həyata keçiriləcək: "Sərnişinlər CityCard və BakıKart, həmçinin Google Pay, Apple Pay, BakıKart mobil tətbiqinin QR kodu və istənilən bank kartından istifadə edə biləcəklər".
O, parkda avtobusların yuyulması üçün müasir sistemin qurulduğunu da vurğulayıb:
"Bir avtobusun yuyulmasına orta hesabla 3-6 dəqiqə vaxt sərf olunur. İstifadə edilən suyun 85 faizi filtrasiya olunaraq yenidən dövriyyəyə qaytarılacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











