Nazir avtomobil istehsalçısından rüşvət almaqda ittiham olunur

Fransanın mədəniyyət naziri Raşida Dati Avropa Parlamentinin üzvü olduğu dövrdə korrupsiya və səlahiyyətdən sui-istifadə ittihamları ilə məhkəmə qarşısına çıxacaq.
Avtosfer.az xəbər verir ki, gələn il Parisin meri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdıran Dati "Renault-Nissan" avtomobil konserninin maraqlarını lobbçilik etməkdə ittiham olunur. İddialara əsasən, siyasətçi 2010-2012-ci illərdə avtokonsernin Niderlanddakı törəmə şirkətindən hüquqi xidmətlər üçün təxminən 1 milyon avro məbləğində qonorar alıb. Halbuki Dati əslində heç bir xidmət göstərməyib. Həmin dövrdə o Avropa Parlamentinin deputatı olub (2009-2019).
Məhkəmə orqanlarındakı mənbə bildirir ki, Fransa hakimlər həmçinin "Renault-Nissan"ın keçmiş rəhbəri Karlos Qonu da məhkəməyə cəlb etmək qərarına gəliblər.
71 yaşlı Qon Yaponiyada həbsdən qaçdıqdan sonra bir neçə ildir Livanda yaşayır və Dati kimi, ona qarşı irəli sürülən ittihamları rədd edir.
Məhkəmə dinləmələri sentyabr ayının sonuna təyin olunub. Bununla belə, bəzi mənbələr məhkəmənin Parisdə bələdiyyə seçkilərindən sonraya təyin edilə biləcəyinə işarə edirlər.
Bundan əlavə, Dati Parisin rayonlarından birini təmsil etmək üçün keçmiş baş nazir Mişel Barnyeyə qarşı Fransanın Milli Assambleyasına gözlənilən əlavə seçkilərdə iştirak etmək imkanını nəzərdən keçirir.
Şimali Afrikadan olan immiqrant fəhlələrin qızı olan Raşida Dati dəfələrlə ittihamların götürülməsinə nail olmağa cəhd edib, lakin uğursuz olub. "İşin cinayət məhkəməsinə verilməsinə baxmayaraq, Raşida Dati hökumətdə qalacaq", - deyə prezident Emmanuel Makronun yaxınları bildirib.(report)
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












