Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)” təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Təmərküzləşmədə iştirak edən maliyyə institutları aşağıdakı hallardan ən azı biri olduqda rəqabət orqanına razılıq alınması üçün müraciət etməlidirlər:
- təmərküzləşmədə iştirak edən maliyyə institutlarından biri müvafiq bazarda hökmran mövqedə olduqda;
- təmərküzləşmə nəticəsində müvafiq bazarda hökmran mövqeyə malik olan maliyyə institutu yarandıqda.
Bu sənəd ilə müəyyən olunmuş tələblər rezolyusiya prosesində həyata keçirilən tədbirlərə münasibətdə tətbiq olunmur. Bu halda Mərkəzi Bankı rezolyusiya tədbirləri barədə qərar qəbul etdikdən sonra 7 ş günü ərzində bu barədə rəqabət orqanına məlumat verir.
Sənədə əsasən, hökmran mövqe müəyyən edilir. Bir maliyyə institutunun təmərküzləşmədən öncəki sonuncu hesabat ilində aktivlərinin (pul vəsaitləri istisna olmaqla) 20 faizindən çox hissəsinin digər maliyyə institutu tərəfindən əldə edilməsi iqtisadi təmərküzləşmə hesab edilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












