Nəcməddin Sadıkov Türkiyədə dindirilib?

Məşhur “Middle East Eye” portalında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə yazı dərc olunub.
Avtosfer.az xəbər verir ki, portalın Türkiyə bürosunun rəhbəri Ragıp Soylunun müəllifi olduğu yazıda Rusiyanın Ermənistanla Azərbaycan arasında sözügedən razılaşmaya mane ola bilib-bilməyəcəyi sualı qaldırılıb.
Türkiyəli jurnalist, həmçinin məqalədə Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi dəstəkdən bəhs edib.
O bildirib, İkinci Qarabağ müharibəsi dövründə Ankara Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə yanaşı, Azərbaycan ordusunun sıralarında Rusiyapərəst elementləri aşkar edərək sıradan çıxarmaqda da iştirak edib.
Qeyd edilib ki, bu şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur.
Belə ki, məlumata əsasən, 2020-ci ildəki 44 günlük müharibə zamanı Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.
Məsələ ilə tanış olan mənbə portala bildirib ki, Türkiyə rəsmiləri müharibə dövründə onun kənarlaşdırılmasını təşkil edib, Türkiyəyə apararaq generalı dindirib. Yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib.
Qeyd edək ki, N.Sadıkov 2021-ci ildə Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Sonradan DTX-də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət təqibi başlanılıb, dəfələrlə müxtəlif məhkəmə proseslərində adı hallanıb.
General sonuncu dəfə 2024-cü ilin payızında uzun fasilədən sonra Binə Atçılıq Mərkəzində yarış izləyərkən görüntülənib. (qafqazinfo)
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












