Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar söküldü - FOTO - VİDEO - YENİLƏNİB

FHN-dən sorğunumuza cavab olaraq bildirilib ki, qanunsuz şlaqbaumlar ərazidən götürülüb:
“Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında avtomatik çəpərləmə qurğusu ilə yolun hərəkət hissəsinin məhdudlaşdırılması barədə bu günədək FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinə heç bir müraciət daxil olmayıb. Qafqazinfo.az saytının sorğusu əsasında əraziyə baxış keçirilərkən sözügedən pozuntu faktı aşkar olunub, tərəfimizdən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılaraq yanğına qarşı məsul olan “İNV” MTK tərəfindən qurğunun operativ olaraq demontaj olunması təmin edilib”.
***
Bakı şəhər Nərimanov rayonu Ədhəm Orucəliyev küçəsi 1952-ci məhəllədə fəaliyyət göstərən bir qrup sakin və sahibkar burada quraşdırılmış şlaqbaumdan narazıdır.
Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən şikayətçilər keçidə nəzarət mexanizminin onların gündəlik həyatına mənfi təsir etdiyini bildiriblər.
Onların sözlərinə görə, binanın həyətyanı torpaq sahəsinin giriş-çıxış yolları üzərində quraşdırılmış şlaqbaumlar qanunsuzdur:
“Bir qrup şəxs və şəxslər tərəfindən qanunsuz nəzarət yaradıldığından xeyli vaxtdır sözügedən ünvanın sakinləri olaraq evlərimizə və iş yerlərimizə giriş-çıxışlarda süni maneələrlə qarşılaşırıq. Şlaqbaum quraşdıraraq, pultları müəyyən məbləğə satırlar və almağa məcbur edilirik. Əks halda avtomobillə həyətyanı sahəyə girişimiz məhdudlaşdırılır. Danışıq apardığımız zaman isə “aidiyyəti qurumlarla razılaşmışıq” kimi fikirlər səsləndirirlər”.
Vətəndaşlar məsələ barədə aidiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ araşdırılır, müvafiq tədbirlər görüləcək.

Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












