Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI

Barəsində cinayət işi başlanılmış "Qurtuluş" Reabilitasiya Mərkəzi fəaliyyətini dayandırıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mərkəzin Sumqayıt şəhərinin Corat qəsəbəsi, Qurd dərəsi yaşayış massivi və Abşeron rayonunun Novxanı qəsəbəsində olan müalicə korpusları rəsmən fəaliyyətini dayandırıb.
Müəssisədə müalicə olunan şəxslərin hamısı ailələrinə təhvil verilib, korpusların yerləşdiyi hər 3 binaya giriş qadağan edilib.
Xatırladaq ki, bir müddət əvvəl "Qurtuluş" reabilitasiya mərkəzi barədə daxil olan valideyn müraciəti əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Araşdırmalar zamanı mərkəzdə xəstələrin qanunsuz saxlanılması və işgəncə verilməsi faktları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Başlanılmış cinayət işi üzrə mərkəzin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












