Nəsimi Nəbizadə niyə qaçıb? – AÇIQLAMA

Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist Nəsimi Nəbizadəni hələ də Mərkəzə gətirə bilməyiblər.
Avtosfer.az xəbər verir ki, bu barədə açıqlama verən Mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti üç ay sonra bir neçə nəfərin nəzarəti altında çölə çıxarılır.
“Nəsimi Nəbizadənin yaşını, təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq, Qarabağa da getmişdik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına girdik. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi, mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş “Soyuq əllər, isti ürəklər” yarmarkasına getdik, kumbir yedik, tir də atdıq. Əylənməsini istədim. Sonra restoranda əyləşdik, çay içmək istəyirdik, sifariş etdik, mən “WC”yə gedib qayıdanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. Beş ay Nəsimi müəllim gözlədi. Evindən bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşuları gecə saat 04:00-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla beş-on dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Guya reklam, şou olunduğuna bezib qaçdığını deyirlər. Əksinə, ümumi Mərkəzin daxilində sıxılırdı, deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma İdarə Heyətində fikir ayrılığı da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əsgərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz”, – o bildirib. (Pravda.az)
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












