Nəsimi Nəbizadə reablitasiya mərkəzi açır

Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Nəsimi Nəbizadə deyib.
O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır: "Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu lahiyəni reallaşdırmağa çalışacağam. Artıq bununla bağlı təkliflər də almışam, iki şirkətlə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda razılıq əldə olunacaq və reabilitasiya mərkəzinin açılışını elan edəcəyik. Ümid edirəm ki, bu mərkəz narkotik və alkoqol asılılığından əziyyət çəkən bir çox şəxsə yardım edəcək".
Qeyd edək ki, N.Nəbizadə bir müddət əvvəl "Qurtuluş" reablitasiya mərkəzində müalicə alıb. 4 aylıq müalicədən sonra o, mərkəzi tərk edib. Hadisədən bir neçə gün sonra məlum oldu ki, Sumqayıt Şəhər Prokurorluğu adıçəkilən mərkəzdə araşdırmalar aparıb və orada aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə "Qurtuluş" reablitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











