Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?

Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında hərəkət intensivləşib. Eyni zamanda Bakının bir sıra küçələrində aparılan təmir, bərpa və qazıntı işləri nəqliyyatın hərəkətində əlavə çətinliklər yaradır.
Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində də qazıntı işləri aparılır. Ərazidə hərəkət zolağının böyük hissəsi qazıldığı üçün avtomobillər yolun dar hissəsindən keçməli olur. Bu isə xüsusilə, pik saatlarda sıxlığın yaranmasına səbəb olur.
Bəs görəsən sözügedən ünvanda görülən işlər nə zaman yekunlaşacaq?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən qazıntı işləri parkda yağış sularının təxliyəsi məqsədilə xətlərin yenilənməsinə görə həyata keçirilib:
"İşlər artıq yekunlaşıb və müvafiq qurum tərəfindən yolun bərpasının tələb edilən qaydalara uyğun qurulması işləri aparılır. İşlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur".
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












