NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər:
"Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəsisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə svetoforlara "yaşıl dalğa" rejimi tətbiq ediləcək.
Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar".

Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












