Növbəti köç karvanı Şuşa, Xocalı və Ballıcaya çatıb - YENİLƏNİB

Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Şuşa, Xocalı şəhərləri və Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdıb.
Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa və Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
Avtosfer.az report-a istinadla xəbər verir ki, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdır.
Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












