Növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatdı - YENİLƏNİB - FOTO

Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Avtosfer.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
Qeyd olunub ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə - 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb.
Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.











***13:56
Yola salınan növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı rayonu Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailənin köçürülməsi həyata keçirilib.
Sakinlər Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən tam təmirli evlərə yerləşdiriləcəklər. Burada onlar üçün hər cür şərait yaradılıb - su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.
***12:36
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə yola salınıb.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI










