Banner

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbərlər 30 Oktyabr 2026 13:23
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
WhatsApp kanalımıza abunə olun

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb.

O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:

"Atamın vəsiyyəti bu olub. Onun yasını, dəfnini çəkib şoulaşdırmasınlar. Bizim ailə belə hallardan uzaqdır. Hamıdan xahiş edirəm, atamın vəsiyyətinə hörmətlə yanaşılsın. Atamın nəşi evimizdən götürüləcək. Bilirik, hamı öz işini görür. Amma Zaur Rzayevin də istəyi bu olub".

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh