Oktyabrda 4 nəfər zəhərlənmədən öldü

Oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilan sancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfəri anafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












