"Onlara normal maaş verilməsi üçün imkanlar var" - Deputat

"Tibbinə güvəndiyimiz dünya ölkələrində əsas sütun rezident həkimlərdir. 2011-ci ildə təhsilin bir parçası olan rezidentura proqramı qüvvəyə minib, artıq 14 il keçib. Ölkəmizdə rezidentura təhsilinin milli təhsil standartlarında hansı mərhələdə olduğu hələ bilinmir".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, "Ali təhsil haqqında" qanundakı arzu olunan dəyişiklik tam yerinə oturmadığı üçün rezidentura proqramının təhsilin neçənci mərhələsi olduğu sual altındadır:
"Məntiq göstərir ki, ali tibb təhsili baza tibb təhsili olaraq 6-cı səviyyə olaraq qəbul olunursa, rezidentura 7-ci səviyyə olaraq qəbul olunmalıdır. Bir sıra ölkələrdə rezidentura proqramları təhsilin 8-ci pilləsidir. Altıncı pillə dediyimiz bakalavr pilləsini bitirmiş həkim daha yüksək nəticə ilə işə başlayır. Qanunvericiliklə onun tədris alan tələbə, yoxsa həkim statusu olduğu tam aydın deyil. Belə olan halda bir çox sosial problemlər çıxır ki, insanlar bunun həllini xarici ölkəyə getməkdə görürlər. Bu, ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının bu günü və gələcəyi üçün risklər təşkil edir. Hazırda tələbə statusu kimi görünən rezident həkimlərin maaşı 400 manatdır. Bu, rezidentlərin xəstəxanalarda fəaliyyət göstərən alt kateqoriya işçilərdən aşağı maaş alması ilə nəticələnir. Ölkəmizdə onlara normal şəkildə maaş verilməsi üçün bəs qədər imkanlar var. Təhsilin ən üst mərtəbəsinə gəlmiş insaların problemlərini asan şəkildə həll etməliyik".
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO










