Orta Dəhlizin ötürücülük qabiliyyəti illik 10 milyon tona çatdırılacaq

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) Qazaxıstan hissəsində Multimodal rəqəmsal platforma – “Digital Trade Corridor” fəaliyyət göstərir.
Avtosfer.az qazax mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin məlumat verib.
O deyib: “2024-cü ildə Azərbaycan və Gürcüstan dəmir yollarının İT sistemləri ilə inteqrasiya prosesi başa çatıb. Türkiyə dəmir yolları ilə inteqrasiya davam edir. Bu, marşrut üzrə yüklərin çatdırılma müddətini 25 gündən 13 günə endirməyə imkan verib. 2027-ci ilə qədər dəhlizin ötürücülük qabiliyyətinin ildə 6-dan 10 milyon tona çatdırılması planlaşdırılır”.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












