"Orta dəhlizin potensialını öyrənməkdə maraqlıyıq" - Nazir

Yaponiya Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) potensialını öyrənməkdə maraqlıdır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Yaponiyadakı səfiri Erlan Baudarbek-Kojatayev Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm naziri Hiromasa Nakano ilə görüşdə bildirib.
Qazaxıstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Orta Dəhlizin inkişaf perspektivləri müzakirə edilib. Diplomat Asiya ilə Avropa arasında əsas multimodal tranzit marşrutlarından biri olan Orta Dəhlizin mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışıb.
Nazir H.Nakano TBNM-in beynəlxalq ticarətdə və regional iqtisadi inkişafda artan rolunu qeyd edib.
"Bu kontekstdə Orta Dəhliz çərçivəsində infrastrukturun yaradılması və ötürücülük qabiliyyətinin artırılması, idarəetmə səmərəliliyinin yüksəldilməsi, həmçinin logistika və gömrük xidmətlərinin təkmilləşdirilməsi məsələlərinə toxunulub", - məlumatda qeyd olunub.
Səfir, həmçinin nazirə Aktau və Kurık limanları vasitəsilə Yaponiyadan Avropaya tranzit konteyner daşımalarının həyata keçirilməsində və Qazaxıstanda logistika mərkəzlərinin yaradılmasında maraqlı olan Yaponiyanın nəqliyyat-logistika şirkətləri ilə görüşlərin nəticələri barədə məlumat verib.
Bundan əlavə, tərəflər Qazaxıstan və Yaponiya arasında birbaşa aviareysin açılması imkanını müzakirə edərək, bunun qarşılıqlı işgüzar əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd ediblər.
Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












