Orta Dəhlizin tam potensialını reallaşdırmasına maneə var - Baş katib

Son illərdə Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artaraq rekord səviyyəyə çatıb. Avtosfer.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto deyib.
Onun sözlərinə görə, bu marşrut təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir:
“Xüsusilə Çin və Avropa İttifaqı ölkələri arasında strateji əlaqələrin gücləndirilməsində Orta Dəhliz xüsusi yer tutur. Bir çox beynəlxalq forumlarda Orta Dəhliz əsas müzakirə mövzusu olmuşdur ki, bu da dəhlizin əhəmiyyətinin artdığını göstərir. Lakin mövcud çətinliklər dəhlizin tam potensialını reallaşdırmasına mane olur və əlavə tədbirlərin görülməsini tələb edir”.
IRU-nun Baş katibi, ilk növbədə, tranzit xərclərinin optimallaşdırılması və şəffaflığın artırılması əsas prioritetlərdən biri olduğunu deyib:
"Hazırda qeyri-sabit tariflər, yüksək logistika xərcləri və təchizat zəncirindəki pozulmalar daşımaların səmərəliliyinə mənfi təsir göstərir. Bu problemləri həll etmək üçün dövlətlərarası koordinasiya gücləndirilməli, vahid tarif siyasəti tətbiq olunmalı və rəqəmsal həllər genişləndirilməlidir".
O hesab edir ki, Xəzər dənizi üzərindən yükdaşımaların səmərəliliyinin artırılması da vacib amillərdən biridir:
“RO-PAX tipli gəmi bərələrinin sayının artırılması və mövcud infrastrukturun təkmilləşdirilməsi limanlarda gözləmə müddətini minimuma endirəcək. Belə tədbirlər yüklərin tez bir zamanda daşınmasını təmin edərək dəhlizin cəlbediciliyini artıracaq. Bu maneələrə baxmayaraq, dəhliz üzərindən daşınan nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə dəhliz vasitəsilə 19 400 nəqliyyat vasitəsi daşınıb ki, bu da 2015-ci ildəki 3000-5000 göstəricisi ilə müqayisədə böyük irəliləyişdir. Yaxın gələcəkdə bu rəqəm 40 000-ə çatdırıla bilər".
Umberto de Pretto Dünya Bankının proqnozlarına istinad edərək qeyd edib ki, 2030-cu ilə qədər Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 11 milyon tona, tranzit müddəti isə iki dəfə azalacaq:
"Lakin bu potensialın tam reallaşdırılması üçün dəhlizi vahid ticarət marşrutu və iqtisadi zona kimi optimallaşdırmaq tələb olunur. Bunun üçün dəhliz boyunca sərhədlərarası institusional çərçivənin yaradılması, beynəlxalq standartlara uyğunlaşma və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi vacibdir. Xüsusilə beynəlxalq maliyyə institutlarının dəstəyi ilə dəhliz boyu infrastrukturun modernləşdirilməsi və logistika mərkəzlərinin inkişafı prioritet təşkil etməlidir”.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












