Orta Dəhlizlə yükdaşımaların həcmi son beş ildə altı dəfə artıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta Dəhliz) üzrə yükdaşımaların həcmi son beş ildə altı dəfə artaraq 2020-ci ildəki 0,8 milyon tondan 2024-cü ildə 4,5 milyon tona çatıb.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, təkcə ötən il daşımaların həcmi 62%, konteyner daşımaları isə 2,7 dəfə artıb. 2025-ci ilin birinci yarısında daşımaların həcmi 2,3 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Qeyd olunur ki, konteyner daşımalarının əhəmiyyətli dərəcədə artması digər məsələlərlə yanaşı, gömrük prosedurlarının avtomatlaşdırılması hesabına mümkün olub: indi bir konteyner qatarının qeydiyyatı cəmi 30 dəqiqə çəkirsə, əvvəllər bu, üç saata qədər vaxt aparırdı.
“Bu yaxınlarda Çin tərəfi ilə birlikdə Aktau limanında konteyner terminalı istifadəyə verilib. Bizim Siandakı quru limanımız uğurla fəaliyyət göstərir. Selyatino, Svisloç stansiyalarında və Budapeşt yaxınlığında yeni terminallar tikilir. İyun ayında Gürcüstanın Poti limanında Qazaxıstanın ilk multimodal terminalı açılıb”, -deyə Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliakparov bildirib.
Eyni dərəcədə əlamətdar hadisə Çin avtomobil qatarlarının Trans-Xəzər marşrutu ilə hərəkətə başlaması olub: 2024-cü ildə Kurık limanından demək olar ki, 3,5 min, bu ilin birinci yarısında isə mindən çox yük maşını keçib.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












