Ötən gün ekspres avtobuslarla neçə nəfər sərnişin daşınıb?

Ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən çox sərnişin daşınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sərnişinlərə müraciətində qeyd edilib.
Bildirilib ki, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Böyük sərnişin axınına baxmayaraq, avtobuslar fasiləsiz xidmət göstərir. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən çox sərnişin daşınıb. Təkcə "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib.
"Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir.
Eyni zamanda avtobuslara minərkən növbəyə riayət etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır", - məlumatda vurğulanıb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












