Ötən il Orta Dəhliz vasitəsilə Çindən konteyner daşımalarının həcmi 33 dəfə artıb

Ötən ilin fevralında Çinin Sian şəhərində yeni Qazaxıstan-Çin terminalının istifadəyə verilməsindən sonra konteyner daşımalarında əhəmiyyətli nəticələr qeydə alınıb.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, terminalın açılması sayəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən konteyner daşımalarının həcmi 33 dəfə artıb.
Bu gün terminalın gücü ildə 133.000 TEU təşkil edir. Ötən il ərzində bu mərkəz vasitəsilə tranzit daşımaların həcmi 276 min tonu ötüb (təxminən 23 min TEU emal edilib və daşınıb). Bu ilin cəmi 4 ayında 10 524 TEU (126 288 ton) yük göndərilib və emal edilib. 2030-cu ilə qədər bu həcmin ildə 83 min TEU-ya çatdırılması planlaşdırılır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












