Ötən il yeni metrostansiyaların inşasına ayrılmış vəsaitin məbləği açıqlandı

"Bakı Metropliteni" QSC-yə ötən il dövlət büdcəsindən ayrılmış vəsaitin 190,4 milyon manatı əsaslı tikintiyə, 54,4 milyon manatı isə istismar fəaliyyəti üzrə işlərin yerinə yetirilməsinə yönəldilib.
Avtosfer.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, əsaslı tikinti üçün ayrılmış vəsait Bənövşəvi xəttin "8 Noyabr" (B-3)- "B-4" stansiyalararası mənzil tunellərinin, "B-4" stansiyasının tikinti layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin davam etdirilməsinə, "B-4-B-8" stansiyalararası mənzil tunellərinin və "B-5", "B-6", "B-7", "B-8" stansiyalarının layihələndirilməsinə və tikintisinə yönəldilib. Bu vəsait o cümlədən "Xocasən" elektrik deposunun tikintisi layihəsi çərçivəsində memarlıq-tamamlama işlərinə, Yaşıl xəttin "Xətai-Y-20" (Yeni Günəşli) sahəsinin və "Dərnəgül" elektrik deposunun tikintisi layihəsi çərçivəsində layihələndirmə, obyektin saxlanma və mühafizə işlərinə, "28 May" stansiyasının yenidən qurulması (mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması) layihəsinin hazırlanmasına və tikintisinə, Qırmızı xəttin "İçərişəhər" stansiyasının arxasında dönmə qurğusunun layihələndirilməsi və tikintisinə sərf olunub.
Qırmızı xəttin "İçərişəhər" stansiyasının arxa hissəsində dönmə qurğusunun layihələndirilməsi və tikintisi üçün 1,2 milyon manat vəsait ayrılıb.
Hesabat dövründə əsas vəsaitlərin satınalınmasına 10 milyon manat vəsait yönəldilib və bu vəsaitin 9,9 milyon manatından istifadə edilib. Həmçinin "Həzi Aslanov" stansiyasının əsaslı təmirinin başa çatdırılması məqsədilə 20,8 milyon manat vəsait ayrılıb. İstismar fəaliyyəti üçün nəzərdə tutulmuş 54,4 milyon manat vəsaitin 20 milyon manatı DA-11 ("Xalqlar Dostluğu" stansiyası), D-1 ("28 May" vağzal), "Nəriman Nərimanov", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyalarında görülən iri həcmli işlərə yönəldilib.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












