Paşinyan Gədəbəyin kəndindən danışdı: "Ərazisinin nə qədər olduğunu aydınlaşdırmalıyıq"

"Keçmiş anklav ərazilərinin ehtimal olunan mübadiləsindən öncə delimitasiya prosesinin həyata keçirilməsi vacibdir".
Avtosfer.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
Hökumət rəhbərinin sözlərinə görə, ərazi mübadiləsi dərindən təhlil tələb edən mürəkkəb bir hüquqi prosedurdur. O əlavə edib ki, bu, çoxdandır mövcud olan variantlardan biridir və özü də əvvəllər bu barədə danışıb.
"Hiss edirəm ki, həm Ermənistanda, həm də Azərbaycanda bu cür həll yoluna ehtiyac duyulduğuna dair ortaq bir anlayış var və bu daha da aktuallaşır. Hamımız dərk edirik ki, fərqli bir ssenari həmin kəndlərin sakinlərinin sərhədi necə keçəcəyi də daxil olmaqla, bir çox problemlərə yol açacaq", - deyə Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, sözügedən yanaşma yeni problemlər yaratmaqdan daha çox, mövcud məsələlərin həlli məntiqinə tam uyğun gəlir.
"Lakin ilk növbədə delimitasiya baş tutmalıdır. Problemin doğru hüquqi və siyasi həllini tapmaq məqsədilə Artsvaşenin (Başkənd - red.) ərazisinin nə qədər olduğunu, onun hansı fiziki bölgəni əhatə etdiyini aydınlaşdırmalıyıq", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət öncə Nikol Paşinyan sülhün təmin olunması üçün sərhədin hər iki tərəfində heç bir anklav və eksklavın qalmamalı olduğunu söyləmişdi. Onun fikrincə, Azərbaycan və Ermənistan müvafiq və dəqiq ölçülərə malik əraziləri bir-biri ilə dəyişdirməlidir.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












