Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi

Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, proqramda Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib.
“Seçki proqramımız mənim müraciətimlə başlayır, bu müraciət isə 2021-ci ildə parlamentdə qəbul edilmiş hökumətin 2021-2026-cı illərə dair fəaliyyət proqramından sitatla başlayır. Əlbəttə, son vaxtlar bu hissədən dəfələrlə sitat gətirmişəm, amma seçki proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm.
Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması, 2021-ci il növbədənkənar seçkilərin nəticələri ilə xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır. Əziz Ermənistan vətəndaşı, “Vətəndaş Müqaviləsi” Partiyası sizin dəstəyinizlə qarşınızda üzərinə götürdüyü ən böyük missiyanı yerinə yetirib. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb.
İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun”, - o bildirib.
Nikol Paşinyan vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramının ideoloji əsası “Real Ermənistan” ideologiyası və Ermənistanın iqtisadi və institusional transformasiya doktrinasıdır. Ermənistan Baş naziri həmçinin 2026-2031-ci illər üçün əsas görüləcək işləri təqdim edib./bakupost.az
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












