Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş - FOTOLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın dinlədiyi mahnı ilə gündəmə gələn Zeynəb Həsəni Azərbaycan estradasının gənc ifaçılarındandır.
Avtosfer.az Globalinfo.az-a istinadən bildirir ki, Zeynəb Həsəni 12 sentyabr 1989-cu ildə anadan olub.
O daha çox “Necə darıxmışam”, “Tənha”, “Ağ göyərçinim”, “Dünya gözəli”, “Məni gözəl xatırla”, “Aram Aram” mahnıları ilə tanınır.
Musiqi aləmində Talıb Tale və Vasif Əzimovla duetləri ilə gündəmə gələn Zeynəb Həsəni “Aram-aram” mahnısı ilə müstəqil sənətçi olduğunu sübut etdiyini deyib.
Bəzi mahnıları Yutub platformasında 10,20,50 milyon izlənmə toplayıb.
2022-ci ildə isə onun özbək iş adamı Asqar Mustafo ilə münasibətdə olduğu barədə xəbərlər yayılıb. Cütlüyün sosial şəbəkələrdə birgə fotolar paylaşması diqqət çəkib. Sonradan müğənni şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib.
Müğənninin həyatında ən ağır sınaqlardan biri isə süd vəzi xərçəngi ilə mübarizəsi olub. O, əməliyyat keçirib, müalicə alıb və bu xəstəlik səbəbindən anasını itirməyin ağrısını da yaşayıb.
Zeynəb xəstəliklə üzləşdikdən sonra yaşamaq arzusunun daha da gücləndiyini söyləyib.
Maraqlı açıqlamaları ilə də diqqət çəkən ifaçı meymunları çox sevdiyini, hətta gələcəkdə evində meymun saxlamaq istədiyini bildirib.


Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












