Paytaxtın mərkəzi küçələrindən birində parklanma ləğv olunub? - AÇIQLAMA - FOTO - VİDEO

"Paytaxtın Şıxəli Qurbanov küçəsində parklanma yerləri bərpa ediləcək".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
"Ərazidə xətlənmə işləri hələ yekunlaşmayıb. İşlər yekunlaşdıqdan sonra Şıxəli Qurbanov küçəsində parklanma yerləri əvvəlki qaydada təşkil ediləcək",- deyə T.Orucov bildirib.
***
Bakının mərkəzi küçələrindən birində təmir işlərindən sonra yerüstü parklanma yerlərinin olmaması diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Müraciətdə qeyd edilib ki, Şıxəli Qurbanov küçəsində yeni xətlənmə işləri aparılıb.
"Bu küçədə təmir işlərindən sonra yeni xətlənmə işləri aparılıb. Xətlənmə zamanı mikromobillik zolağı çəkilsə də, avtomobillərin park edilməsi üçün nəzərdə tutulan yer xətlənməyib. Metronun "Nizami" stansiyasından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı istiqamətinə gələndə avtomobillərimizi park etməyə yer yoxdur. Ərazidə "Azparking"ə məxsus nişanlar isə yerində qalıb", - deyə məlumatda bildirilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.




Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












