Pensiyalarla bağlı gözlənilən XƏBƏR

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov 2027-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 916 milyon manatın 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə cəmi 0,9 % çox olmasının narazılıq yaratmasına münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, deputat Vüqar Bayramov açıqlamasında deyib ki, sosial müdafiə və sosial təminat xərcləri ümumi sosial xərclərin bir hissəsidir.
Vüqar Bayramovun sözlərinə görə, əslində, daha çox sosial ayırmalar Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vasitəsilə həyata keçirilir: "Çünki pensiya ödənişləri və müavinətlər məhz həmin Fondun büdcəsindən ayrılır. Buna görə də əvvəlki illərdə də ümumi sosial xərclərlə müqayisə etsək, bu maddə üzrə dəyişikliklər nisbətən az olub. Çünki bu, birbaşa nəzərdə tutulan xərcləmələrdir, amma sosial təminat xərclərinə və ümumi sosial xərclərə diqqət yetirsək, bütövlükdə büdcə xərclərinin 41%-dən çoxu bu istiqamətdə yönəldilib.
2026-cı ildə də sosial müdafiə və sosial təminat xərcləri 4 milyard manatdan çoxdur, ümumi sosial xərclər isə 17,2 milyard manatdır. Göründüyü kimi, bu maddə ümumi sosial xərclərin bir hissəsini formalaşdırır. Nəzərə alsaq ki, artıq növbəti ildən pensiyalar indeksləşdirilərək artırılacaq, eyni zamanda digər istiqamətlərdə də artımların olacağı gözləniləndir. Bu ondan xəbər verir ki, növbəti illərdə də sosial siyasət və sosial təminat tədbirləri prioritet olaraq qalacaq". (nocomment.az)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












