Polis saatda 224-lə sürən türkiyəli naziri cəzalandırdı - FOTO

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Niğde şossesində hərəkətdə olarkən sürət həddini aşdığına görə cərimələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabında paylaşım edib.
Nazir sosial şəbəkədə Ankara-Niğde yolunda avtomobilin sükanı arxasında çəkilən videosunu paylaşıb. Daha sonra avtomobil idarə edərkən sürət həddini aşdığını və jandarma tərəfindən lazımi qanuni tədbir görüldüyünü deyib, cəza protokolunu paylaşıb.
"Ankara-Niğde yolunun hazırkı vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Bu müddət ərzində bilmədən sürət həddini qısa da olsa aşdım. Sürət həddinə riayət etmək hər kəs üçün məcburidir. Jandarmımız da lazımi cəzaları tətbiq edib. Bundan sonra daha çox diqqətli olacağam".
Qeyd edək ki, nazir 140 km-lik yolda saatda 224-lə sürüb. (Unikal)

Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












