Polşa Zelenski üçün hava limanını bağladı: Varşava ilə Kiyev arasında gərginlik artır

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə münasibətlərin kəskinləşməsi səbəbindən Avropa ölkələrinə Moldova vasitəsilə səfər etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Strana.ua" "Telegram" kanalında məlumat yayılıb.
Qeyd olunub ki, dövlət başçısı əvvəllər xarici uçuşlar üçün Polşanın Jeşuv-Yasyonka beynəlxalq hava limanından istifadə edirdi. Lakin o, iyunun 7-də Londona Kişineu üzərindən gedib. Marşrutun dəyişdirilməsinin rəsmi səbəbi açıqlanmayıb.
"Bununla belə, bu hadisə Polşa və Ukrayna arasındakı münasibətlərdə yaranmış yeni gərginlik fonunda baş verib", - deyə Ukrayna nəşrində bildirilib.
May ayının sonunda Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) bir bölməsinə Rusiyada qadağan olunmuş "UPA qəhrəmanları" fəxri adını verib. Bu qərar Kiyevlə Varşava arasında münaqişəyə səbəb olub. Polşada Ukrayna liderinin bu addımı fatal səhv adlandırılıb və Zelenskinin üzr istəməli olduğu vurğulanıb.
Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak bildirib ki, Zelenski artıq ölkədə arzuolunmaz qonaq hesab edilir. Bosak, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasının bloklanması, Kiyevə kreditlərin verilməsinin dayandırılması və USQ üçün "Starlink" sistemlərinin maliyyələşdirilməsindən imtina edilməsinin tərəfdarı olduğunu ifadə edib.
"The European Conservative" portalı isə diqqətə çatdırıb ki, əgər Polşanın siyasi rəhbərliyinin kursu Ukrayna Üsyançı Ordusunun (UPA) yaraqlılarının ehtiramla anılması səbəbindən qarşıdurmanın güclənməsinə doğru dəyişərsə, o zaman Kiyevi "daha böyük problemlər" gözləyir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












