Prezident qəbul keçirdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avtosfer.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olunub.
Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.
Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.




Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












