Prezident səfərini yarıda saxlayıb TƏCİLİ ÖLKƏSİNƏ DÖNDÜ

İranın məhrum Ali Rəhbəri Ayətulla Seyid Əli Xamneinin vida mərasimlərində iştirak etmək üçün İraqa gedən İran Prezidenti Məsud Pezeşkian səfərini yarımçıq saxlayaraq təcili Tehrana dönüb.
Avtosfer.az İRİB-ə istinadən xəbər verir ki, buna ABŞ-nin ötən gecə İslam Respublikasına zərbələr endirməsi səbəb olub.
M.Pezeşkian Birləşmiş Ştatlar ordusunun İranın cənubunu bombalamasından sonra İraqın Nəcəf şəhərini tərk edərək ölkəsinə qayıdıb.
İran dövlət televiziyasının məlumatına görə, ABŞ-nin hücumu nəticəsində güclü partlayışlar İranın Bəndər Abbas və Sirik liman şəhərlərində, eləcə də Hörmüz boğazındakı Qeşm adasında baş verib.
Məlumata görə, mərmilər Sirikdəki ticarət limanına, Ziarat kəndindəki balıqçılıq limanına və Bəndər Abbasdakı mülki balıqçı qayıqlarına dəyib.
İRİB-in məlumatına görə, Sirika şəhərindəki körpüyə edilən hücum nəticəsində bir neçə nəfər yaralanıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlara cavab olaraq Birləşmiş Ştatların bölgədəki 85 hədəfinə zərbələr endirib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












